“Real”ın cinah oyunçusu Rodriqo Qoes madridlilərin “Mançester Siti”ni məğlub etdiyi cari Çempionlar Liqasının 1/4 final mərhələsini xatırladıb.

Matc.az xəbər verir ki, o, Mançester təmsilçisinin “Borussiya”dan daha güclü rəqib olduğunu vurğulayıb.

“Mənim üçün onlar (“Mançester Siti”) dünyanın ən yaxşı futbolunu oynayan, ən yaxşı komandasıdır. Ona görə də düşünürəm ki, ən güclü rəqib mübarizədən kənarlaşdırıldığına görə, sonrası asan olacaq”.

Xatırladaq ki, iyunun 1-də “Real” Çempionlar Liqasının finalında “Borussiya” ilə qarşılaşacaq. Görüş Londonun “Uembli” stadionunda baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest