Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "Şamaxı"nı daha iki futbolçu tərk edib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbut xidməti məlumat yayıb.

Geridə qalan mövsümün əvvəlində icarə əsasında "Şamaxı"ya qoşulan müdafiəçilər Süleyman Damadayev və Elçin Qasımov icarə müddəti başa çatdığı üçün müqavilə ilə məxsus olduqları klublara geri dönüb. Elçin "Turan Tovuz"a, Süleman isə "Qəbələ"yə qayıdıb.

Xatırladaq ki, "Şamaxı" bu gün qapıçı Əkpər Vəliyevlə də yollarını ayırdığını açıqlayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest