Bu mövsüm icarə əsasında “Xetafe”də çıxış edən “Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud “Atletiko”ya keçə bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Qrem Beyli “X” sosial şəbəkəsində paylaşıb.

Bildirilir ki, Mançester təmsilçisi 22 yaşlı futbolçuya növbəti mövsüm harada oynamaq istədiyinə qərar verməsinə icazə verəcək. Qrinvud və ailəsi isə Madriddə yaxşı məskunlaşıblar və qalmaq istəyirlər. “Xetafe” də onu geri qaytarmaq istəyir, lakin “Atletiko” futbolçuya böyük maraq göstərir və hazırda mümkün bir razılaşma ilə bağlı danışıqlar aparır. “Mançester Yunayted”in özü də futbolçunu yenidən icarəyə göndərməyin əleyhinə deyil.

Qeyd edək ki, Qrinvud cari mövsüm bütün yarışlarda 36 oyun keçirdib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında futbolçunun transfer dəyəri 15 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest