30 May 2024, 11:04
FUTBOL
“Atletiko”nun hücumçusu Memfis Depay bu yay klubunu dəyişəcək. Matc.az xəbər verir ki, bu barədə Niderland millisinin baş məşqçisi Ronald Kuman açıqlamasında bildirib.
Onun sözlərinə görə, ulduz futbolçu yeni variant axtarışındadı: “Bəli, Memfis yayda yeni klub axtaracaq”.
Qeyd edək ki, 30 yaşlı Depay 2023-cü ilin yanvarında keçdiyi “Atletiko”ya 2025-ci ilin yayına kimi məxsusdu.