PSJ-nin və Fransa millisinin futbolçusu Kilian Mbappe A Seriyasında oynamaq imkanı olsa, “Milan”da oynayacağını deyib.

Matc.az xəbər verir ki, Mbappenin açıqlamalarını Fabrizio Romano “X” sosial şəbəkəsində paylaşıb.

“İtalyan futbolu? Nə baş verə biləcəyini heç vaxt bilmirsən. Həmişə deyirdim: “Əgər bir gün İtaliyaya getsəm, “Milan”a gedəcəm”.

Uşaqlıqdan “Milan”ın böyük fanatıyam. Həmişə A Seriyasına baxıram, “Milan”ın hər oyununu izləyirəm. Mənim bütün ailəm “Milan”ın böyük pərəstişkarıdır”.

Qeyd edək ki, ulduz futbolçu iyunun sonunda müqaviləsi başa çatdıqdan sonra Paris klubundan ayrılacağını açıqlayıb. Mbappenin "Real"la 5 illik müqavilə imzalayacağı gözlənilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest