"Qarabağ"ın iki futbolçusu yeni mövsümə fərqli komandada başlaya bilər.

Matc.az xəbər verir ki, söhbət Amin Ramazanov və Nihad Quliyevdən gedir. 

Premyer Liqaya yeni vəsiqə qazanan "Şamaxı" hər iki oyunçunu heyətinə qatmağı planlaşdırır. Şamaxı təmsilçisi Ramazanovu bir illik icarəyə götürəcək. Quliyevin isə "Qarabağ"la müqaviləsi gələn ay başa çatacaq. Yekun qərar şərtlər dəqiqləşdirildikdən sonra veriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest