Hansi Flik tezliklə “Barselona”nın baş məşqçisi olacaq. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis rəhbərliklə danışığı yekunlaşdırmaq üçün artıq Barselonadadı.

Bu, kataloniyalıların hazırkı çalışdırıcı Xavi ilə əməkdaşlığın dayandırılması şərtləri ilə bağlı razılığa gəldikdən sonra baş tutacaq. Barselonadakı otellərin birində görüntülənən Flik yaxın günlərdə La Liqa təmsilçisi ilə bir araya gələcək.

Qeyd edək ki, 59 yaşlı mütəxəssis son olaraq 2021-2023-cü illərdə Almaniya yığmasına rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest