Emin üzrxahlıq paylaşımında azarkeşlərin gözləntilərini qarşılaya bilmədiklərini qeyd edib: “Əziz “Neftçi” azarkeşləri, neçə gündür ki, sizə yazmaq istəyirəm. Ancaq indi özümdə güc və inam tapıb sizə səslənirəm.

"Neftçi"nin kapitanı Emin Mahmudov şəxsi instaqram hesabında paylaşım edib. Matc.az xəbər verir ki, “ağ-qaralar”ın kapitanı komandanın uğursuz mövsüm keçirməsinə görə azarkeşlərdən üzr istəyib.

Emin üzrxahlıq paylaşımında azarkeşlərin gözləntilərini qarşılaya bilmədiklərini qeyd edib: “Əziz “Neftçi” azarkeşləri, neçə gündür ki, sizə yazmaq istəyirəm. Ancaq indi özümdə güc və inam tapıb sizə səslənirəm. Bilirəm ki, bu dəqiqə çox üzgünsünüz. Gözləntilərinizi qarşılaya bilmədik. İstədiyimizi, istədiyinizi verə bilmədik. Bilməyinizi istəyirəm ki, nəinki son oyuna görə, ümumi mövsümə görə çox utanıram. Sizlər bu nəticəyə layiq deyilsiniz. “Neftçi” ailəsinin kapitanı olaraq sizə bunları yaşatdığımıza görə üzr istəyirəm”.

Qeyd edək ki, mövsümü 5-ci pillədə bitirən “Neftçi” avrokuboklara vəsiqə qazana bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest