Ronaldo qarşılaşmada dubla imza ataraq çempionatda vurduğu qolların sayını 35-ə çatdırıb. Bu isə turnirin yeni rekod göstəricisidir.

“Əl-Nəsr” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında yeni rekord müəyyənləşdirib.

Matc.az xəbər verir ki, portuqaliyalı bunu 34-cü turda “Əl-İttihad”ı 4:2 məğlub etdikləri oyunda reallaşdırıb.

Belə ki, Ronaldo qarşılaşmada dubla imza ataraq çempionatda vurduğu qolların sayını 35-ə çatdırıb. Bu isə turnirin yeni rekod göstəricisidir.

Qeyd edək ki, bir mövsümdə ən çox qol vuran əvvəlki rekord mərakeşli Abderrazak Hamdallaya (2018/2019 mövsümündə 34 qol) məxsusdur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest