Ötən il Xəzinədarlıq Alveşin İspaniyadakı əmlakının 50%-nə həbs qoyaraq, ondan 2 milyon avrodan çox təzminat tələb etmişdi. Lakin milli məhkəmə bu sanksiyanın “hüquq sisteminə zidd” olduğuna qərar verib və tələbi ləğv edib.

İspaniya Milli Məhkəməsi “Barselona”nın sabiq futbolçusu Dani Alveşlə bağlı qərarını verib. Matc.az xəbər verir ki, məhkəmə braziliyalı müdafiəçinin ölkə xəzinəsinə 2 milyon avro ödəməməsi barədə hökm verib.
 
Yanvarda cinsi təcavüz ittihamı ilə həbsdə olan Alveş “Barselona”da olarkən imic hüquqlarından qazanc əldə edərkən qanunu pozmadığına dair təsdiq alıb. Ötən il Xəzinədarlıq Alveşin İspaniyadakı əmlakının 50%-nə həbs qoyaraq, ondan 2 milyon avrodan çox təzminat tələb etmişdi. Lakin milli məhkəmə bu sanksiyanın “hüquq sisteminə zidd” olduğuna qərar verib və tələbi ləğv edib.
 
Yanvarda Alveş onu zorlamada ittiham edən 23 yaşlı qadının ifadəsindən sonra saxlanılmışdı. Hadisə ötən ilin dekabrında Barselonadakı gecə klubunda baş verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest