03 Noyabr 2023, 13:27
FUTBOL
"Maynts"ın çalışdırıcısı Bo Svensson istefaya göndərilib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı danimarkalının qovulmasına səbəb komandanın Almaniya çempionatında uğursuz çıxış etməsi səbəb olub.
"Maynts"ın yeni baş məşqçisi kimi əvvəllər klubun gənclər komandasını çalışdırmış Yan Sievert təyin olunub.
Bundesliqa klubu Svenssonun rəhbərliyi altında ölkə çempionatının 9 matçında 3 dəfə heç-heçə edib və 6 dəfə məğlub olub. Komanda 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.