Fransa çempionatının 10-cu turunun “Marsel” – “Lion” görüşü dekabrın 6-na təxirə salınıb.
 
Matc.az xəbər verir ki, oyun oktyabrın 29-da Marseldə keçirilməli idi. Lakin azarkeşlərin "Lion" avtobusuna daşla hücumu səbəbindən duel ləğv edilib. Nəticədə qonaqların baş məşqçisi Fabio Qrosso zədələnib. Şüşə qırıqları onun üzünə dəyib. İtaliyalıya tibbi yardım lazım olub. Bu gün matçın dekabrın 6-da keçirilməsi qərara alınıb. Lakin oyunun “Stad Velodrom”da keçiriləcəyi və ya neytral arenaya köçürüləcəyi açıqlanmayıb. Azarkeşlərin görüşə qatılıb-qatılmaması da hələlik müəyyənləşməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest