02 Noyabr 2023, 13:17
FUTBOL
“Turan Tovuz” klubunda struktur dəyişikliyi olub. Matc.az xəbər verir ki, bölgə komandasında prezident və icraçı direktor vəzifələri ləğv edilib.
Belə ki, bu günədək klubun prezidenti olan Oqtay Abdullayev və Rəşid Məhərrəmov komandanın İdarə Heyətinin sədri Ehtiram Quliyevin müşaviri postunu tutacaq.
Eyni zamanda, komandada üç direktor olacaq.
İdarə Heyətinin sədr müavini Əli Balakişiyev həm də infrastruktur və maliyyə üzrə, Nadir Nəbiyev uşaq futbolu üzrə, Səməd Nəsibov isə idman və əməliyyatlar üzrə direktor vəzifəsini icra edəcək.