28 Oktyabr 2023, 20:37
FUTBOL
"Bavariya" Almaniya çempionatının 9-cu turu çərçivəsində evdə "Darmştadt"ı 8:0 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, bu görüşdə ilk hissədə üç futbolçu qırmızı vərəqə alıb. Artıq 4-cü dəqiqədə Jozua Kimmix meydandan qovulub. Daha sonra qonaqlar Klaus Qyasula və Matey Maqlikanı itirib. 1 nəfər azlıqda oynayan Münhen klubu ikinci hissədə 8 qol vurub. Bu, Bundesliqa tarixində ilk yarıda üç oyunçu kənarlaşdırılan ilk matçdır.