28 Oktyabr 2023, 20:18
FUTBOL
"çelsi"nin baş məşqçisi Maurisio Poçettino Premyer Liqanın 10-cu turunda evdə "Brentford"a məğlubiyyəti (0:2) şərh edib .
Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: "İndi bu məğlubiyyəti qəbul etmək çətindir. çünki biz ilk hissədə çox yaxşı oynadıq. üstün olduq və şanslar yaratdıq. Oyuna nəzarət edirdik. "Brentford" plana uyğun oynamadı və biz çox yaxşı idik. Ancaq təbii ki, hücumda daha sakit olmaq lazımdır. İkinci hissədə bizim üçün daha çətin oldu. çünki qol vura bilmədik və qapımıza yaxın olan ilk təhlükəli andan sonra qol buraxdıq. Sonra onların müdafiəsini yarmaq bizim üçün çətin oldu. Düşünürəm ki, komanda və mən çox şey haqqında danışmalıyıq. Bu, təkcə özünə inamla bağlı deyil. Daha yaxşı qərarlar qəbul etmək lazımdır. Nəticəyə təsir edə biləcək bir çox amil var. Mövsümün əvvəlindən bunun əziyyətini çəkirik. Fikrimcə, biz yaxşı oynayırıq. Komanda üstünlük təşkil edir və şanslar yaradır. Bu, həqiqətən məyusedicidir. Bizdə sakitlik və soyuqqanlılıq çatışmır. Bu, çox məyusedici məğlubiyyətdir. çünki biz daha yaxşı komandayıq. Amma sonda iki qol buraxdıq".