Baş məşqçi Azər Bağırov Bakı Olimpiya Stadionunun ehtiyat meydanında məşq keçib. Bundan əvvəl isə o, futbolçulara 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi barədə məlumat verib. Ardından 27 sentyabr - Anım günü ilə əlaqədar ölkəmizin azadlığı və ərazi bütovlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Premyer Liqa təmsilçisi "Araz-Naxçıvan" VIII turda "Zirə" ilə keçiriləcək oyunun hazırlığına başlayıb. Matc.az xəbər verir ki, komanda bu gündən yenidən bir araya gəlib.
 
Baş məşqçi Azər Bağırov Bakı Olimpiya Stadionunun ehtiyat meydanında məşq keçib. Bundan əvvəl isə o, futbolçulara 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi barədə məlumat verib. Ardından 27 sentyabr - Anım günü ilə əlaqədar ölkəmizin azadlığı və ərazi bütovlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Bugünkü məşqdə bütün komanda tam heyətlə iştirak edib. "Səbail"lə son qarşılaşmada yüngül xəsarət alan Abdulla Rzayev də artıq kollektivlə bir aradadı. Həmçinin "Neftçi" ilə qarşılaşmada qırmızı vərəqə alan Mohammed Kadirinin də cəzası başa çatıb və o, "Zirə" ilə görüşdə heyətdəki yerini ala biləcək.
 
Qeyd edək ki, oktyabrın 1-də "Dalğa Arena"da keçiriləcək "Araz-Naxçıvan" – "Zirə" oyunu saat 18:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest