Klubun baş həkimi Şaiq Zöhrablı bildirib ki, yeganə itki ehtiyat qapıçı Emil Balayedi.

"Neftçi" Misli Premyer Liqasının VII turunda "Zirə" ilə səfər oyununa ideal heyətlə çıxa biləcək. Matc.az saytı xəbər verir ki, ağır görüş öncəsi "ağ-qaralar"ın heyətində cəmi bir itki var.
 
Bunu klubun baş həkimi Şaiq Zöhrablı açıqlayıb. O bildirib ki, yeganə itki ehtiyat qapıçı Emil Balayedi. Millimizin qolkiperi hazırda bərpa prosesini keçir. Digər oyunçular isə komanda ilə birgə məşqlərdə iştirak edirlər. 
 
Qeyd edək ki, bu gün keçiriləcək "Zirə" – "Neftçi" oyunu saat 20:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest