Bu gün İngiltərə çempionatının 5-ci turunda "çelsi" "Bornmut"la heç-heçə edib.

Matc.az xəbər verir ki, Bornmutda keçirilən görüş qolsuz keçib - 0:0. Premyer Liqanın ilk 5 turunda "çelsi" cəmi 5 qol vurub. "Zadəganlar" çempionatın ilk 5 matçında vurulan qollara görə 1995-1996 mövsümündən bəri klubun ən pis nəticəsini təkrarlayıb.

Qeyd edək ki, "çelsi" 5 turdan sonra 5 xalla 14-cü pillədədir

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest