I divizionda XX turun oyunları davam edir. Matc.az saytının məlumatına görə, bu gün daha 2 görüş baş tutub.
Lider MOİK Ağsuda yerli komandanı böyük hesabla məğlub edib. "Hərbçilər"in futbolçusu Raul Yaqubzadə bu qarşılamada het-trikə imza atıb.
"Sabah"ın ikinci komandası isə "Zirə-2"ni 1 qolla üstələyib. Milli komandamızın formasını geyinmiş "Zirə"nin əsas komanda oyunçusu Pərdis Fərcad-Azad bu oyunun 37-ci dəqiqəsində qırmızı vərəqə alıb.
I divizion
XX tur
"Ağsu" - MOİK - 0:4
Raul Yaqubzadə, 7, 31, 75; Orxan Həsənov, 68 (pen.)
"Zirə-2" - "Sabah-2" - 0:1
Reza Bigdelo, 25