"Betis"in yarımmüdafiəçisi Xoakin İspaniya La Liqasında keçirilən oyun sayında tarixi rekordu təkrarlayıb. Matc.az saytı xəbər verir ki, ölkə çempionatının son turunda "Valensiya" (1:1) ilə görüşdə meydana çıxan veteran futbolçu La Liqada 622-ci qarşılaşmasını keçirib.
Bununla o, Andoni Zubizarretaya çatıb. Lakin Xoakin rekordu yeniləyə bilməyəcək. çünki 42 yaşlı oyunçu karyerasını başa vurub.
 
La Liqa tarixində ən çox oyun keçirənlər:
 
1. Andoni Zubizarreta – 622 oyun
2. Xoakin – 622
3. Raul Qarsiya – 589
4. Raul – 550
5. Eysebio Sakristan – 543
6. Pako Buyo – 542
7. Manolo Sançis – 523
8. Lionel Messi – 520
9. İker Kasilyas – 510
10. Serxio Ramos – 508
11. Xavi – 505
12. Mikel Soler – 504
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest