Növbəti mövsüm bölgə təmsilçisinin qapısını qoruyacaq qolkiper məlum olub. Çünki tovuzlular "Sumqayıt"ın qapıçısı Aydın Bayramovla anlaşıb.

Misli Premyer Liqasında mövsümü 6-cı pillədə başa vuran "Turan Tovuz" gələn mövsüm daha iddialı olmağı hədəfləyir. Matc.az saytının əldə etdiyi məlumata görə, Tovuz təmsilçisinin ilk transferi də artıq müəyyənləşib.
 
Növbəti mövsüm bölgə təmsilçisinin qapısını qoruyacaq qolkiper məlum olub. çünki tovuzlular "Sumqayıt"ın qapıçısı Aydın Bayramovla anlaşıb. "Gənclik şəhəri" təmsilçisi ilə müqaviləsi bitən 27 yaşlı qolkiper artıq azad agent statusuna malikdi.
 
Bundan yararlanan "Turan Tovuz" Bayramovla danışıqları müsbət yekunlaşdırıb. Tərəflər artıq müqavilə məsələsində ortaq məxrəcə gəlib.
Qeyd edək ki, Aydın Bayramov geridə qalan mövsüm Premyer Liqada 31 oyun keçirib, 57 qol buraxıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest