"Qarabağ" Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb. Bu, Misli Premyer Liqasının XXXVI turunda baş verib. Qurban Qurbanovun yetirmələri mövsümün son matçında "Turan Tovuz"a qalib gəlib – 3:1.
 
Ağdam klubu 1992-ci ildən keçirilən ölkə çempionatlarında 300-cü ev qələbəsini 438-ci oyunda bayram edib. "Qarabağ" bu göstəricidə mütləq rekordçudur.
 
Ağdamlıların ilk ev qələbəsi 1992-ci mayın 6-da qeydə alınıb. Həmin gün Kürdəmir "Şirvan"ını qəbul edən "Qarabağ" 6 cavabsız qolla qələbə qazanıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest