"Barselona" hücumçusu Usman Dembele ilə bağlı qərarını verib. Matc.az xəbər verir ki, kataloniya klubu ulduz futbolçunun uzun müddət komandada qalmasını istəyir.
 
Bu məqsədlə Fransa millisinin üzvünə yeni sözləşmə təklif olunub. 26 yaşlı ön xətt oyunçusu komandada qalmağa razılıq versə, müqaviləsini daha 4 illik uzadacaq.
 
Qeyd edək ki, 2017-ci ildən "Barselona"da çıxış edən Usman Dembele cari mövsüm 33 oyunda 8 qol vurub, 7 assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest