"Real" "Tottenhem"in hücumçusu Harri Keynlə bağlı danışıqlarını sürətləndirib. Matc.az xənər verir ki, İspaniya klubu İngiltərə millisinin üzvü üçün yeni təklif hazırlayır.
 
"Kral klubu" bu dəfə Keynin müqabilində londonlulara müəyyən məbləğdə pul və hücumçusu Eden Azarı təklif edəcək. Klub hesab edir ki, ingilislər bu təklifdən imtina etməyəcək. çünki Azar "çelsi"də çıxış edərkən Premyer Liqada özünü təsdiqləməyi bacarıb.
 
Keynin "Tottenhem"lə müqaviləsi gələn ilin yayına qədərdi. 30 yaşlı forvard yeni sözləşmə təklifini hələlik qəbul etmədiyindən, onun bu yay komandadan ayrılma ehtimalı yüksək qiymətləndirilir.
 
Qeyd edək ki, Harri Keyn bu mövsüm Premyer Liqada keçirdiyi 37 oyunda 28 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest