"Mançester Yunayted"in hücumçusu Entoni zədələnib. Matc.az xəbər verir ki, braziliyalı vinger Premyer Liqanın 37-ci turunda "çelsi" ilə oyunda (4:1) sıradan çıxıb.
 
Start heyətində yer alan 23 yaşlı futbolçu 29-cu dəqiqədə meydanı xərəkdə tərk edib. Topuğundan zədə alan Entoni Premyer Liqada mövsümün son turunu buraxmalı olacaq.
 
"Qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq yetirməsinin durumunun ciddi olduğunu açıqlayıb. Forvardın nə zaman heyətə dönəcəyi hələlik məlum deyil.
 
Qeyd edək ki, Entoni bu mövsüm 47 oyunda 10 qol vurub, 5 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest