"Real"ın hücumçusu Vinisyus Junior mövsümün sonunadək diskvalifikasiya oluna bilər. Matc.az xəbər verir ki, La Liqanın XXXV turunda "Valensiya" ilə oyunda onun hərəkətini baş hakimi Rikardo de Burqos Benqoeçea protokolda "topun oyunda olmadığı anda rəqibin üzünə vurulan zərbə, futbolçular arasında kütləvi dava" kimi yazıb.
Bu da intizam məcəlləsinin 130.2-ci maddəsinə əsasən, 1-3 oyun cəzaya yol açır. İntizam Komitəsi braziliyalıya 3 oyunluq diskvalifikasiya versə, forvard son üç turda meydana çıxmayacaq.
Vinisyus "Real"ın 0:1 hesabı ilə məğlub olduğu qarşılaşmanın 90+7-ci dəqiqəsində rəqib oyunçusunu vurduğu üçün birbaşa qırmızı vərəqə alıb.