Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ikinci oyununu bu gün səfərdə İsveçə qarşı keçirəcək. Matc.az saytının məlumatına görə, Solnadakı qarşılaşmanın FIFA reytinqinə təsir gücü bəlli olub.
 
üç gün əvvəl Avstriyaya məğlub olan Canni de Byazinin yetirmələrini bu gün heç-heçə də bu baxımdan qane edəcək. çünki rəqib millimizdən reytinqli komandadı.
 
Yığma sensasiya edərək qalib gələrsə, reytinqinə 20,6 xal əlavə olunacaq. Bu da komandamıza irəliləmək imkanı verəcək. Heç-heçə təqdirində isə 8,1 xallıq qazanc olacaq.
 
Avstriyaya 1:4 hesablı məğlubiyyətlə 5,2 xalı silinən komandamız İsveçdə də eyni aqibətlə üzləşsə, aktivindən daha 4,4 xal çıxılacaq.
 
Qeyd edək ki, millimiz hazırda 1151,82 xalla dünya reytinqinin 121-ci pilləsində qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest