Almaniya yığmasının sabiq hücumçusu Maks Kruze "Volfsburq"dan ayrılıb. Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.
 
34 yaşlı futbolçu 2022-ci ilin yanvarından "Volfsburq"da çıxış edirdi. O, karyerası ərzində "Sankt Pauli", "Verder", "Borussiya" (Mönhenqladbax), "Verder", "Union Berlin", "Frayburq" və "Fənərbaxça"da da forma geyinib, Almaniya yığmasında 14 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest