Türkiyənin "İstanbulspor" klubu baş məşqçi Osman Zeki Korkmazın istefasını açıqlayıb. Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
40 yaşlı mütəxəssisin öz istəyi ilə postundan ayrıldığı diqqətə çatdırılıb. İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Bu mövsüm yenidən Super Liqada mübarizə aparmaq hüququ qazanan İstanbul təmsilçisi geridə qalan 10 oyunda cəmi 8 xal toplayıb və 19 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.
 
Osman Zeki Korkmaz 2021-ci ilin avqust ayından "İstanbulspor"a rəhbərlik edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest