"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İsveçrə "Sürix"inə qarşı keçirdikləri ilk oyunu şərh edib. Matc.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra bunları söyləyib:
 
"Maraqlı oyun oldu. Yaxşı mübarizə və açıq oyun gördük. Futbolçularımı təbrik edirəm, çox əziyyət çəkdilər. Meydanda futbola aid hər şeyi gördük. Oyunçularımız istəkli idilər. Rəqibdən çəkinmədik və onların üzərinə getməyə çalışdıq. Həmişəki kimi bizim fanatlar möhtəşəm idi. Futbolçuların yerində olmaq asan deyil. Hər insan özünü düzgün idarə etmək üçün böyük olmalıdır. Şahruddin Məhəmmədəliyevin qol epizodunda səhv etdiyini deməzdim. Bəlkə təcrübəsinə görə belə alındı. Penalti epizoduna da dəqiq baxmaq lazımdır. Cərimə meydançasında hücumçu həmişə üstündür. Bunlar xırda səhvlərdir, aradan qaldırmaq asandır. Hər oyunçumuza inamım böyükdür".
 
Qurbanov rəqibin standart vəziyyətlərdə yaxşı çıxış etdiyini söyləyib: "çox nadir komandalar var ki, ilboyu oyunu bunun üzərində qurur. Biz də bunu yaxşılaşdıra bilə və vacib bir oyunda standart vəziyyətdən qol vura bilərik. Rəqibin orada necə oynayacağını bilmək olmaz. Əvvəlki oyunda 3 hücumçu ilə çıxmışdılarsa, bu dəfə daha çox 2 oyunçu ilə ön xətdə yer almışdılar. Oyun zamanı hansısa epizodda diqqətsiz olsan, rəqib sizi cəzalandıra bilər".
 
Təcrübəli baş məşqçi İsveçrəyə hesabı qorumaq üçün yox, oyunlarını daha da yaxşılaşdırmaq və qələbə qazanmaq üçün gədəcəklərini sözlərinə əlavə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest