Futbol üzrə Türkiyə milli komandasının yarımmüdafiəçisi Okay Yokuşlunun yeni iş yeri müəyyənləşib. Matc.az xəbər verir ki, bu yay İspaniyanın "Selta" klubundan ayrılan və azad agent statusuna malik futbolçu karyerasını İngiltərədə davam etdirəcək.
 
28 yaşlı oyunçu hazırda çempionşipdə mübarizə aparan "Vest Bromviç"lə anlaşıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Yarımmüdafiəçi əvvəllər də formasını geyindiyi bu klubla 3 ilik müqaviləyə imza atıb.
 
Xatırladaq ki, "Vest Bromviç" 2021-ci ilin əvvəlində Okayı "Selta"dan yarım illik icarəyə götürmüşdü. Yokuşlu həmin vaxt bu komandanın heyətində 16 oyun keçirmişdi. Yarımmüdafiəçi Türkiyə millisində 39 oyuna çıxıb, 1 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest