Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb. Matc.az xəbər verir ki, o, Avstriyada "Rapid" (Vyana) və Polşanın "Lexiya" komandaları arasında Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda baş hakim olacaq.
 
Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov laynsmanlar qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
 
İyulun 21-də keçirələcək qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest