Futbol üzrə Azərbaycan millisinin və "Sabah"ın yarımmüdafiəçisi Anatoli Nuriyev Ukraynadakı müharibə barədə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, 26 yaşlı futbolçu hamının qorxu içində olduğunu bildirib:
 
"Ukraynada baş verənlər sözlə ifadə edilə bilməyən hadisələrdir. İnsanlarda bir damla insanlıq qalmayanda qorxulu olurlar. Orada yaşananları düşməninizə belə, arzu etməzdiniz. çünki bunlar normal şeylər deyil. İndi də bu haqda danışanda gözlərimdən yaş axır".
 
Forvard Azərbaycanda hər kəsin Ukraynanı dəstəklədiyini söyləyib: "Əvvəlcə insanlar mitinqlərə gedirdi, indi isə bütün Avropada olduğu kimi, emosiyalar səngiyib. Zaman keçdikcə bu barədə söhbətlər azalmağa başladı. Bütün insanlar sanki müharibəni adi qəbul edirlər. Bu, Ukraynada doğulub böyüyənlər üçün isə belə deyil".
 
Xatırladaq ki, Anatoli Nuriyev bu yay Ukraynanın "Kolos" klubundan birdəfəlik ayrılaraq "Sabah"la 3 illik müqavilə imzalayıb. O, ötən mövsümün sonlarında icarə əsasında "Sumqayıt"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest