Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyə yığması ilə iki yoxlama oyunu keçirəcək. Matc.az AFFA-nın saytına istinadən xəbər verir ki, hər iki qarşılaşma iyunun 24-dən 29-dək İstanbulda gerçəkləşəcək təlim-məşq toplanışı zamanı baş tutacaq. Oyunlar iyunun 25-də və 28-də keçiriləcək.
 
Milli komandamız bundan əvvəl Bakıda toplanış keçəcək. Hazırlıq prosesi iyunun 18-də başlayacaq və 6 gün davam edəcək.
 
Baş məşqçi Siyasət Əsgərov təlim-məşq toplanışına 23 futbolçu dəvət edib:
 
1. Şərifova Aytac - Hakkarigücü (Türkiyə)
2. İsmayılova Günay - 8 – iOEUGiM
3. Əliyeva Nərgiz - KDZ Ereğli Bələdiyyə Spor (Türkiyə)
4. Güleryüz Göknur - Trabzonspor (Türkiyə)
5. Mirzəliyeva Nigar - Rubin (Rusiya)
6. Məmmədova Kamilla - KDZ Ereğli Bələdiyyə Spor (Türkiyə)
7. Hacıyeva Nərgiz - Hakkarigücü (Türkiyə)
8. Mollayeva Manə - 8 – iOEUGiM
9. Dorofeyeva Alina - Yenisey (Rusiya)
10. Əhmədova Ayşən - Rizəspor (Türkiyə)
11. Bakarandze Kristina - ALG Spor (Türkiyə)
12. Rəhimova Sona - Kayserispor (Türkiyə)
13. Əliyeva Coşqunə - KDZ Ereğli Bələdiyyə Spor (Türkiyə)
14. Hacıyeva Vüsalə - Fomget ve Genclik Spor (Türkiyə)
15. Seyfəddinova Vüsalə - Rizəspor (Türkiyə)
16. Teymurova Firəngiz - 8 – iOEUGiM
17. Məhsimov Jalə - ALG Spor (Türkiyə)
18. Acar Yeliz – Fatih Vətən (Türkiyə)
19. Bozdağ Peritan - Altay (Türkiyə)
20. Zerioul Nisrina – Bohum (Almaniya)
21. Cəfərzadə Sevinc - Krasnodar (Rusiya )
22. Parlak Nazlıcan - Konak Bələdiyyə Spor (Türkiyə)
23. Səfərəliyeva Pərvin - 8–iOEUGiM

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest