Futbol üzrə İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib. Matc.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.
 
Əvvəlcə "Tottenhem" səfərdə "Brayton"la qarşılaşıb. London təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.
 
Günün digər matçı "Arsenal"la "Liverpul" arasında baş tutub. Bu oyunda da qonaqlar 2 cavabsız qolla qalib gəliblər.
 
İngiltərə Premyer Liqası
16 mart
 
16-cı tur
Brayton – Tottenhem 0:2
Qol: Romero, 37. Keyn, 57.
 
27-ci tur
Arsenal – Liverpul 0:2
Qol: Jota, 55. Firmino, 62.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest