Futbol üzrə Polşa millisi Rusiyaya qarşı keçirməli olduğu dünya çempionatının pley-off oyunundan imtina edib. Matc.az xəbər verir ki, bu barədə Polşa Futbol İttifaqının prezidenti çezare Kuleşa "Tvitter" səhifəsində yazıb.
 
Kuleşa bildirib ki, Rusiyanın Ukraynaya hücumuna görə bu ölkənin yığması ilə oynamaq niyyətində deyillər:
 
"Bu, yeganə düzgün qərardır. FİFA-ya ortaq mövqe irəli sürmək üçün danışıqlar aparırıq".
 
Pley-off mərhələsində Rusiya və Polşa arasındakı yarımfinal oyunu martın 24-nə planlaşdırılıb. Cütün qalibi İsveç – çexiya matçının ən güclüsü ilə martın 29-dakı finalda qarşılaşacaq və nəticədə, Dç-2022-yə vəsiqənin sahibi müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest