"Səbail", "Sabah" və "Keşlə" klublarının sabiq futbolçusu Yevgeni Koçuk karyerasını Ermənistanda davam etdirəcək. Matc.az xəbər verir ki, moldovalı yarımmüdafiəçi Premyer Liqa təmsilçisi "Pünik"lə razılaşıb. Koçuk tibbi müayinədən keçdikdən sonra klubla rəsmi müqavilə imzalayacaq.
 
Yevgeni Koçuk 2018-2019-cu illərdə "Səbail"in, 2020-ci ildə "Sabah"ın, 2021-ci ildə isə "Keşlə"nin formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest