D qrupunda yer alan Nigeriya yığması bu dəfə Sudanla qarşılaşıb və ikinci qələbəsini qazanmaqla növbəti mərhələyə vəsiqəni təmin edib. İlk turda məğlub olan Misir yığması isə bu dəfə Qvineya Bisau ilə oyundan minimal hesabla qalib ayrılıb.

Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir. Matc.az xəbər verir ki, yeddinci oyun günündə daha iki qarşılaşma baş tutub.
 
D qrupunda yer alan Nigeriya yığması bu dəfə Sudanla qarşılaşıb və ikinci qələbəsini qazanmaqla növbəti mərhələyə vəsiqəni təmin edib.
 
İlk turda məğlub olan Misir yığması isə bu dəfə Qvineya Bisau ilə oyundan minimal hesabla qalib ayrılıb.
 
Afrika Millətlər Kuboku
D qrupu
15 yanvar
 
Nigeriya – Sudan 3:1
Qol: Çukvueze, 3. Avoniyi, 45. Simon, 46 – Xıdır, 70-pen.
 
Qvineya Bisau – Misir 0:1
Qol: Salah, 69.
 
Xal durumu: Nigeriya – 6, Misir – 3, Qvineya Bisau – 1, Sudan – 1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest