21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və Ukraynanın "Aleksandriya" klubunun yarımmüdafiəçisi Emil Mustafayevin müalicəsi davam edir. Matc.az xəbər verir ki, bu barədə "Aleksandriya"nın baş məşqçisi Yuri Qura klubun rəsmi saytına açıqlamasında məlumat verib.
 
Onun sözlərinə görə, 20 yaşlı oyunçu hazırda bərpa prosesi keçir: "Tibbi xidmətimiz hər şeyi nəzarət altında saxlayır. ümid edirik ki, bütün zədəlilər sıraya mümkün qədər tez qayıdacaq".
 
"Aleksandriya"da Emillə yanaşı, Kirill Kovaleç, Sergey Qrin, Timur Stetskov və Sergey Rıbalka da zədədən əziyyət çəkir.
 
Xatırladaq ki, Emil Mustafayev Azərbaycanın U-21 millisinin Aç-nin seçmə mərhələsi çərçivəsində Norveçə 1:2 hesabı ilə uduzduğu oyunda zədələnmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest