Futbol üzrə Almaniya Bundesliqasında 11-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü beş qarşılaşma baş tutub.
"Bohum" "Hoffenhaym"ı, "Volfsburq" "Auqsburq"u məğlub yola salıb. "Ştutqart" isə evdə "Arminiya"ya uduzub.
Lider "Bayern" bu turda "Frayburq"u sınağa çəkib və çətin qələbəyə sevinib.
Turun mərkəzi görüşündə Dortmund "Borussiya"sı səfərdə "Leyptsiq"lə üz-üzə gəlib. üç qolun qeydə alındığı bu matç da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Almaniya Bundesliqası
11-ci tur
5 noyabr
Maynts – Borussiya M 1:1
Qol: Vidmer, 76 – Noyhaus, 38.
6 noyabr
Bayern – Frayburq 2:1
Qol: Qoretska, 30. Levandovski, 75 – Haberer, 90+3.
Bohum – Hoffenhaym 2:0
Qol: Novotnı, 66. Pantoviç, 90+7.
Volfsburq – Auqsburq 1:0
Qol: Nmeça, 14.
Ştutqart – Arminiya 0:1
Qol: Okuqava, 19.
Leyptsiq – Borussiya D 2:1
Qol: Nkunku, 29. Poulsen, 68 – Roys, 52.
7 noyabr
18:30 Herta – Bayer
20:30 Köln – Yunion
22:30 Qroyter – Ayntraxt F