Futbol üzrə İspaniya La Liqasında 6-cı tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
 
Ötən tur “Atletik”lə oyunda heç-heçə edən “Atletiko” açılış matçında “Xetafe” ilə qarşılaşıb. Madrid təmsilçisi bu oyundan əzmkar qələbə ilə ayrılıb.
 
Günün digər oyunlarına gəlincə, “Atletik” evdə “Rayo Valyekano”ya, “Levante” isə “Selta”ya məğlub olub.
 
İspaniya La Liqası
6-cı tur
21 sentyabr
 
Xetafe – Atletiko 1:2
Qol: Mitroviç, 45 – L.Suares, 78; 90.
 
Atletik – Rayo Valyekano 1:2
Qol: Siss, 33-öz qapısına – A.Qarsiya, 5. Falkao, 90+6.
 
Levante – Selta 0:2
Qol: Aspas, 66. B.Mendes, 85.
 
22 sentyabr
 
21:30. Sevilya – Valensiya
21:30. Espanyol – Alaves
00:00. Vilyarreal – Elçe
00:00. Real – Malyorka
 
23 sentyabr
 
21:30. Qranada – Real Sosyedad
21:30. Osasuna – Betis
00:00. Kadis – Barselona

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest