"Salernitana" İtaliya A Seriyasının 3-cü turunda "Torino"ya 0:4 hesabıyla uduzub. Matc.az xəbər verir ki, bu mövsüm çempionatda debüt edən komanda artıq 3 turdan sonra 11 top buraxıb. Bu, A Seriyası tarixi üçün antirekorddur.
 
Belə ki, A Seriyasının 3 xallıq dönəmindən – 1994-cü ildən bəri heç bir komanda mövsümün startında keçirdiyi 3 matçda 11 qol buraxmamışdı.
 
"Salernitana" ilk turda "Bolonya"ya 2:3, daha sonra isə "Roma"ya 0:4 hesabı ilə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest