İrlandiya millisinin futbolçusu Jeff Hendrik DÇ-2022-nin seçmə mərhələsinin 5-ci turunda Serbiya ilə bərabərə qaldıqları matçdan (1:1) sonra açıqlama verib
İrlandiya millisinin futbolçusu Jeff Hendrik Dç-2022-nin seçmə mərhələsinin 5-ci turunda Serbiya ilə bərabərə qaldıqları matçdan (1:1) sonra açıqlama verib. Matc.az xəbər verir ki, o, seçmə mərhələnin 7-ci turunda Azərbaycana qarşı keçirəcəkləri oyunla bağlı da danışıb:
"çərşənbə axşamı yaxşı oyun göstərdik. Gələcəkdə etibar edə biləcəyimiz təməl budur. Azərbaycana qarşı növbəti səfər oyununda uğur qazanmağa çalışmalıyıq. Qələbə üçün oynamalıyıq. Bu, mütləq yerinə yetirilə bilən işdir və buna nail olmalıyıq".
Qeyd edək ki, Azərbaycan - İrlandiya görüşü oktyabrın 9-u keçiriləcək.