Türkiyənin "Yeni Malatyaspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Misirin "Əl-Əhli" klubundan hücumçu Valter Bvalyanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Konqo Demokratik Respublikasından olan 26 yaşlı forvard satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb.
 
ölkəsinin milli komandasına da dəvət alan futbolçu, bu ildən "Əl-Əhli"də çıxış edirdi. O, daha öncə Zambiyada da legioner həyatı yaşayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest