İspaniyanın "Real" klubu futbolçusu Kərim Benzemanın müqaviləsinin müddətini artıracaq. Matc.az xəbər verir ki, 33 yaşlı hücumçu 2023-cü ilin yayına qədər Madrid təmsilçisində çıxış edəcək. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Benzema 2009-cu ildən "Real"da çıxış edir. Fransalı hücumçunun indiki müqaviləsi 2022-ci ilin yayına qədərdir.