“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İsrailin “Aşdod” komandasına qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İsrailin “Aşdod” komandasına qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Oyunun vacibliyini bilirik. Hər iki komanda istəklidir və qalib gəlmək istəyir. Meydanda ən yaxşısını etməyə və Bakıda keçirilmiş ilk matçdan daha diqqətli oynamağa çalışacağıq. Mütləq daha diqqətli olmalı və dəqiq oynamalıyıq. Bu rəqibə çox inam vermək olmaz. Topla daha tez davranmalıyıq. Heyətdə ciddi dəyişiklik baş verməyəcək. Komanda olaraq çox istəkliyik. Futbolçular oyuna tam hazırdır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest