Türkiyənin "Qalatasaray" klubu növbəti transferini rəsmiləşdirib. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi niderlandlı Patrik van Anholtu heyətinə qatıb.
 
Bu barədə "sarı-qırmızılar"ın rəsmi saytı məlumat yayıb. İngiltərənin "Kristal Pelas" klubundan transfer olunmuş 30 yaşlı sol cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
 
Van Anholt 2017-ci ildən "Kristal Pelas"da çıxış edirdi. O, əvvəllər "Sanderlend", "Vitess", "Uiqan", "Lester Siti", "Nyukasl", "Koventri Siti" və "çelsi"də də forma geyinib. 30 yaşlı futbolçu Niderland yığmasında 19 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest