Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının torpaqlarımızın işğaldan azad olunması ilə əlaqədar medallarla təltif edilməsi haqqında sərəncam imzalayıb. Matc.az xəbər verir ki, təltif olunanlar arasında "Qəbələ" futbol klubunun prezidenti Fariz Nəcəfov da var.

O, "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
 
Qeyd edək ki, Fariz Nəcəfov döyüşlərə könüllü olaraq qatılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest