Qeyd edək ki, açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması qrupdakı son iki görüşünü Bakı Olimpiya Stadionunda keçirəcək.

Aç-2020-nin A qrupu çərçivəsində iki oyununu Bakıda keçirəcək Türkiyə millisi Azərbaycana gəlib.
 
Matc.az xəbər verir ki, qardaş ölkənin milli komandası az öncə ölkəmizə təşrif buyurub
 
Qeyd edək ki, açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması qrupdakı son iki görüşünü Bakı Olimpiya Stadionunda keçirəcək. İyunun 16-da Uelslə qarşılaşacaq Şenol Günəşin komandası, 4 gün sonra İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu gün Bakıda baş tutan ilk oyunda – Uels və İsveçrə yığmalarının görüşündə qalib müəyyənləşməyib – 1:1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest