Futbol üzrə Almaniya millisinin sabiq yarımmüdafiəçisi Sami Xedira karyerasını başa vurub. Matc.az xəbər verir ki, son olaraq "Herta"da çıxış edən 34 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
 
"Əlvida deməyin vaxtı gəldi. Bu cür qərarları vermək heç vaxt asan deyil. çünki həyatı dəyişdirir. Şənbə günü karyeramdakı son matça çıxacağam. Ən böyük klublarda oynamaq, kuboklar qazanmaq və Almaniyanın 2014-cü ildə dünya çempionatının qazandığı tarixi anın bir hissəsi olmaqdan şərəf duyuram. Bütün azarkeşlərə, komanda yoldaşlarıma, məşqçilərə, dostlarıma və ailəmə təşəkkür edirəm. Sona çatmaq üzrə olan bu səyahət boyu yanımda oldunuz. Görüşənə qədər! Hörmətlə, Sami..."
 
Qeyd edək ki, Xedira karyerası ərzində "Ştutqart", "Real", "Yuventus" kimi klublarda çıxış edib. O, 2009-2018-ci illərdə Almaniya millisində oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest